Şənbə, 27 Aprel

"Yunayted" avrokuboklardan kənarda qala bilər

image

"Mançester Yunayted" (İngiltərə) və ya "Nitsa" növbəti mövsüm üçün avrokuboklardan kənarda qala bilər.

Xəbər verilir ki, UEFA-nın klub sahibliyi ilə bağlı yeni qaydasına görə, eyni sahibə məxsus klubların eyni turnirdə iştirak etmək hüququ yoxdur. “Qırmızı şeytanlar”ın yeni sahibi britaniyalı milyarder Cim Ratkliffdir. O, həmçinin Fransa Liqa-1də mübarizə aparan "Nitsa"nın sahibidir.

Əgər mövsümün sonunda hər iki komanda eyni avrokuboka vəsiqə qazansa, onlardan biri turnirdən kənarda qala bilər. Lakin komandalar fərqli turnirlərə vəsiqə qazansalar, bu halda avrokuboklarda iştirak edə bilərlər.

“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında 6-cıdır və Avropa Liqası uğrunda mübarizə aparır. Eyni zamanda, "Nitsa" Fransa Liqa 1-də 4-cü yerdədir ki, bu da Avropa Liqasında iştirak hüququ verir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36